QALA NEWS

27 İyul Şənbə

Bakı 27˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Mar 2023, 15:22
Şəhid anasını çəkiliş adı ilə kim aldadıb?
Şəhid anasını çəkiliş adı ilə kim aldadıb?
Şəhid Elmar Şirinovun anası Amana Nəsirovanın çəkiliş adı ilə dələduzluğa məruz qaldığı iddia edilir.

Qalanews  xəbər verir ki, bununla bağlı məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu yayıb.

Onun sözlərinə görə, bir nəfər şəxs televiziya işçisi olduğunu, Elmar haqqında sujet hazırlayacağını bildirərək şəhid anasından 200 manat alıb: “Ana deyir ki, bu adam şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir. Adının Bəxtiyar olduğunu deyib, özünü qaçqın kimi tanıdıb”.

İddia ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən  Qalanews-a  bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elmar Cəbrayıl oğlu Şirinov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları, eyni zamanda "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 

E.İslamoğlu şəhid anasını aldatmaqda ittiham olunan şəxsin fotosunu da paylaşıb. İddia rəsmi təsdiqini tapmadığı üçün onun şəklini açıq vermirik: 



Baxış sayı: 152



OXŞAR XƏBƏRLƏR