QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Mar 2023, 20:29
Azərbaycanda bu şəxslər bayrama görə pul mükafatı alacaqlar
Novruz bayramı ilə əlaqədar bəzi təhsil müəssisələrində çalışanlara pul verilməsilə bağlı qərar verilib.

Qalanews.com xəbər verir ki, Sumqayıt Dövlət Universiteti və Bakı Dövlət Universiteti bütün əməkdaşlarına bayramla əlaqədar 200 manat məbləğində mükafat verib.

Bundan başqa, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın imzaladığı əmrlə, universitetin əməkdaşlarına əməkhaqlarının 20%-i dəyərində pul mükafatı veriləcək.

Eyni zamanda, Azərbaycan Texnologiya Universitetinin bütün əməkdaşlarına Novruz bayramı ilə əlaqədar 100 manat məbləğində mükafat verilib.

Həmçinin UNEC Novruz bayramı ilə əlaqədar bütün əməkdaşlarına 300 manat məbləğində mükafat verib.



Baxış sayı: 131



OXŞAR XƏBƏRLƏR