Almaniyada ABŞ-ın vitse-prezidentinin təyyarəsi xarab olub - VİDEO
Münxen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən "Boeing C-17 Globemaster" hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacaq.
QalaNews.com xəbər verir ki, bu barədə jurnalist Cennifer Ceykobs tviterdə paylaşım edib.
"Vitse-prezidentin mavi və ağ təyyarəsi xarab olub. Kamala Harris Almaniyadan ABŞ-a "Boeing C-17 Globemaster" hərbi təyyarəsi ilə qayıdacaq"- deyə jurnalist vurğulayıb.