Rusiyada son sutkada 10 mindən çox insan COVID-19-a yoluxub
Rusiyada koronavirus infeksiyası epidemiyası aktivləşir.
Qalanews.com xəbər verir ki, bu bu barədə "Rospotrebnadzor"-dan bildirilib.
Qeyd olunub ki, Rusiyada 2022-ci il oktyabrın 20-dən bəri ilk dəfə olaraq sutka ərzində 10 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb. Operativ qərargahdan bildirilib ki, son sutka ərzində COVİD-19-dan 44 nəfər ölüb, 8104 nəfər isə sağalıb.