Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 76 vaksin vurulub.
“Qalanews” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 51, ikinci doza üzrə 7 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 17 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfər təşkil edib.