QALA NEWS

08 May Çərşənbə

Bakı 13˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 18:26
Qanunsuz 5 kömür quyusu aşkar edilib

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Qəbələ və İsmayıllı rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən 5 kömür quyusu aşkar edilib.

Qalanews.com məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayon sakinləri Ədalət Əmrəliyev, Şakir İmanquliyev, İsmət Həsənov, Qəbələ rayon sakini Hacıağa Məmmədov və İsmayıllı rayon sakini Piralı Əkbərov olduğu müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.

Xidmət rəsmisi qanunsuz kömür istehsalı ilə məşğul olan vətəndaşları bu kimi hallara yol verməməyə, belə hallarla rastlaşan şəxsləri isə Nazirliyin “168 Çağrı Mərkəzi”nə məlumat verməyə çağırıb.




Baxış sayı: 134



OXŞAR XƏBƏRLƏR