QALA NEWS

02 May Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 16:33
Tramp Washington Post jurnalistini məhkəməyə verdi
ABŞ-nin keçmiş prezidenti Donald Tramp məşhur amerikalı jurnalisti Bob Vudvordu məhkəməyə verib.

Qalanews.com  xəbər verir ki, bu barədə "Politico" qəzetinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, buna səbəb Tramp onun razılığı olmadan öz müsahibələrinin səsyazmalarının olduğu audiokitabı dərc etməsi olub.

İddia ərizəsində Tramp yalnız gələcəkdə çap olunacaq kitab üçün məlumat verdiyi barədə Vudvorda dəfələrlə xəbərdarlıq etdiyi bildirilib. O qeyd edib ki, jurnalist səs yazılarını ondan xəbərsiz yayıb.

Eks-prezident həmçinin audiokitabın satışından heç bir qonorar almadığını deyib və buna görə də maddi itkilərlə üzləşdiyini iddia edib.

"Associated Press"in məlumatına görə, Tramp təzminat olaraq 50 milyon dollar tələb edib.

Ərizəsi ABŞ-nin Florida ştatının Pensakole bölgə məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, Bob Vudvord "Washington Post"un jurnalistidir. 



Baxış sayı: 119



OXŞAR XƏBƏRLƏR