QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 16:31
Rusiyanın regionlarında terror təhlükəsi səviyyəsinin tətbiqi üçün məhdudiyyət ləğv edilib
Vladimir Putin Rusiyanın regionlarında terror təhlükəsi səviyyəsinin tətbiqi üçün məhdudiyyəti ləğv edib.

Qalanews.com xəbər verir ki, bu barədə Rusiya prezidenti fərman imzalayıb.

Əvvəllər regionda terror təhlükəsinin səviyyəsi 15 gündən çox olmayan müddətə müəyyən edilə bilərdi. Amma indi bu məhdudiyyət təhlükə səviyyəsinin tətbiqi prosedurundan çıxarılıb, təhlükə səviyyəsinin tətbiqi ilə bağlı qərar məhdudiyyətsiz olur və ləğv edilənə qədər qüvvədədir.

Qeyd edək ki, 2022-ci ilin yazından terror təhlükəsinin “sarı” səviyyəsi Rusiyanın Belqorod və Kursk vilayətlərində, Sevastopolda, Krımın müəyyən rayonlarında və Krasnodar diyarında tətbiq olunub.

Əvvəlki vaxt məhdudiyyəti ilə əlaqədar olaraq, regionların səlahiyyətliləri mütəmadi olaraq onun qüvvədə olma müddətinin uzadılmasını bəyan ediblər.



Baxış sayı: 127



OXŞAR XƏBƏRLƏR