QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 16:16
Elvis Preslinin ailəsində dava - Arvadı var-dövlətin nəvəsinə qalmasını istəmir
Mərhum müğənni Elvis Preslinin qızı Liza Marinin vəfatından sonra ailədə var-dövlət üstündə dava düşüb.

Qalanews.com  xarici KİV-ə istinadən xəbər verir ki, Presli öldükdən sonra bütün mirasını Lizaya qoyub. Liza da vəfat edən var-dövlətini qızı Riley Keougha vəsiyyət edib. 

Elvisin həyat yoldaşı Prisilla qızı Marinin vəsiyyətnaməsinin əsassız olduğunu bildirib. 

Xarici KİV-də yer alan məlumata görə, Prisilla vəsiyyətnamədəki imzanın qızının imazasından tamamilə fərqli olduğunu, adının səhv yazıldığını və notariusda təsdiqlənmədiyini deyib. 

Xatırladaq ki, Elvis Preslinin yeganə qızı bu ilin yanvarın 13-də ürək tutmasından dünyasını dəyişib. Liza Marinin də atası kimi musiqiçi karyerası olub. O, özü bəstələdiyi mahnıları ifa edib, üç albom buraxıb, bir neçə sinql yazdı. O, Maykl Ceksonla evli idi.



Baxış sayı: 123



OXŞAR XƏBƏRLƏR