“Çelsi”nin italiyalı yarımmüdafiəçisi “Arsenal”da
Londonun “Çelsi” klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo karyerasını “Arsenal”da davam etdirəcək.
Bu barədə italiyalı jurnalist Fabritsio Romano məlumat yayıb.
O iddia edib ki, “Arsenal” 31 yaşlı futbolçuya görə 13,5 milyon avro vəsait xərcləyib.
Qeyd olunur ki, Jorjinyo yaxın günlərdə tibbi müayinədən keçəndən sonra “Arsenal”ın düşərgəsinə yollanacaq.