QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Dec 2022, 12:22
Bayden: Putin müharibəyə son qoymaq istəyirsə, onunla dialoqa hazıram
ABŞ Prezidenti Co Bayden Ukraynada davam edən hərbi əməliyyatların dayandırılması üçün Rusiya Prezidenti Vladimir Putinlə dialoqa razı olduğunu deyib.

 “İndependent” qəzetinə istinadən xəbər verir ki, Bayden bunu dünən Fransa Prezidenti Emanuel Makronla Ağ Evdə keçirilmiş mətbuat konfransı zamanı deyib.

“Əgər Rusiya prezidenti həqiqətən də müharibəyə son qoymaq üçün həll yolları axtarırsa, mən onunla dialoqa hazıram”, – Bayden vurğulayıb.

Fransa prezidenti də öz növbəsində qeyd edib ki, hərbi əməliyyatların dayandırılması üçün o da Vladimir Putinlə danışıqları davam etdirəcək.



Baxış sayı: 192



OXŞAR XƏBƏRLƏR