QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 May 2022, 18:33
"Haber Global" "Avroviziya"nın Azərbaycana qarşı skandal hərəkətlərinə dair süjet hazırlayıb

Türkiyənin “Haber Global” telekanalı “Avroviziya”da Azərbaycana qarşı anlaşılmaz davranışına dair süjet hazırlayıb.

Qalanews xəbər veir ki, süjetdə Avroviziya Mahnı Müsabiqəsində səsvermənin nəticələri ilə bağlı iddialar gündəmə gəlib.

Bildirilib ki, Azərbaycanın İTV kanalı bu skandal hadisəyə etiraz edib və açıqlama yayaraq müsabiqənin təşkilatçılarının texniki problemə işarə edərək Bakı ilə bağlantı qurmadığını və Azərbaycan münsiflər heyəti adından digər nəticələri açıqladığını ictimaiyyətə bəyan edib.

Telekanal vurğulayıb ki, bəyanatda mahnı müsabiqəsinin finalında baş verənlər və ondan sonra verilən qərarlar İTV-də məyusluqla qarşılanıb.

Qeyd olunub ki, İTV nümayəndəsi yayım zamanı Azərbaycanda münsiflər heyətinin səsverməsinin nəticələrini açıqlamağa hazır olsa da, müsabiqənin təşkilatçıları Azərbaycanla əlaqə saxlamayıb, bizim ölkə adından fərqli nəticələr elan ediblər.




Baxış sayı: 371



OXŞAR XƏBƏRLƏR