QALA NEWS

15 İyul Bazar ertəsi

Bakı 23˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 Jul 2023, 17:17
Mədəniyyət naziri Lənkərandakı Dairəvi qalaya baxış keçirib
Mədəniyyət naziri Adil Kərimli iyulun 14-də Lənkəran şəhərindəki Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib.

Nazirlikdən Qalanews-a verilən xəbərə görə, qəbuldan sonra Adil Kərimli Lənkəran şəhərində yerləşən Dairəvi qalaya (Zindan qala) baxış keçirib. Nazir qalada aparılan təmir-bərpa işləri ilə tanış olub, müvafiq tapşırıq və göstərişlərini verib.

Qeyd edək ki, qalanın dam örtüyünün çökməsi ilə əlaqədar abidə qəzalı vəziyyətə düşüb. Qala sonuncu dəfə 2008-ci ildə bərpa olunub. Lakin sonradan tarixi abidənin damında yaranmış problem tikiliyə ciddi ziyan vurub.

Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən abidənin bərpası istiqamətində işlərə başlanılıb. Qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, eyni zamanda abidənin mühafizəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Abidəni təbii aşınmadan qorumaq üçün müvəqqəti dam örtüyü quraşdırılmışdır.

Məlumat üçün bildirək ki, XVIII əsrin ikinci yarısına aid Dairəvi qala Lənkəran qala sisteminin cənub tərəfdən dayaq məntəqəsi olub. XIX əsrin əvvəlində bölgə rus qoşunları tərəfindən işğal olunduqdan sonra tikili həbsxana kimi istifadə edilib. Abidənin hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir.

Qala Nazirlər Kabinetinin 2001-ci il 2 avqust qərarı ilə yerli əhəmiyyətli tarixi abidə hesab olunur və dövlət tərəfindən mühafizə edilir.



Baxış sayı: 197



OXŞAR XƏBƏRLƏR