QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Jul 2023, 16:38
“Elza Seyidcahan digər AYB üzvlərindən əskik deyil” - Anar

Bu günlərdə Əməkdar artist, bəstəkar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul edilməsi müzakirələrə səbəb olub.

Müğənniyə üzvlük vəsiqəsini təqdim edən AYB sədr müavini Xalq yazıçısı Çingiz Abdullayev məsələyə sərt reaksiya verib.

“Mən paylaşımı (sosial şəbəkə hesabında-red.) yalnız dostlarım üçün açıq saxlamışam. Çünki bəziləri axmaq-axmaq fikirlər yazır. Paylaşımı axmaq adamlara bağlamışam. Amma oradakı 40 mindən çox izləyici o təqdimatı görə bilər”, - o, Konkret.az-a açıqlamasında deyib.

“Qalanews” xəbər verir ki, bunun ardından Musavat.com AYB sədri Xalq yazıçısı Anarın münasibətini öyrənib.   

“Biz nə ediriksə, tənqid edirlər də. Onsuz da qəbul etsək də, etməsək də, tənqid edirlər. Etsinlər də, ayrı işləri yoxdur…”, - o deyib.

Anar E. Seyidcahanın yaradıcılığını belə qiymətləndirib: “O birilərdən əskik deyil. Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan… Biz ancaq istedada baxırıq. Kimin istedadı, qabiliyyəti var, səmimi şəkildə buranın üzvü olmaq istəyir, onu da qəbul edirik. Kim qalmaqal yaratmaq üçün gəlirsə, onları qəbul etmirik”.

Xalq yazıçısı yeni üzvün bəstəkar olmasına belə münasibət bildirib: “O, birinci deyil, Fərhad Bədəlbəylini də qəbul etmişik. Fərhad Bədəlbəyli pionistdir, həm də gözəl şeirləri var. Amma biz Fərhad Bədəlbəylini üzv qəbul edəndə heç kəs hay-küy qaldırmadı”.



Baxış sayı: 189



OXŞAR XƏBƏRLƏR