QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 07 Jun 2023, 15:26
Pikassonun sevgilisi 101 yaşında vəfat edib
İspaniyalı rəssam Pablo Pikassonun sevgilisi Fransuaza Jilo 101 yaşında dünyasını dəyişib. 

“Qalanews” xəbər verir ki, bu barədə məlumatı “The New York Times” yayıb. 

Məlumata görə, rəssam olan Jilo son illər ağciyər və ürək xəstəliklərindən əziyyət çəkib. 

Qeyd edək ki, Pikasso fransalı rəssam Fransuazadan 40 yaş böyük olub. Onlar təqribən 10 il münasibətdə olub və 2 övladları var. F.Jilot Pikassonun ona mütəmadi olaraq xəyanət etdiyini əsas gətirərək 1953-cü ildə ondan ayrılıb. Ayrıldıqdan sonra Jilo rəsmlər çəkib, eləcə də bir neçə kitab yazıb. Onun ən çox satılan kitabı isə “Pikasso ilə həyatım”dır. Sözügedən kitab isə Pikassonu hiddətləndirdiyindən Jilo və övladları ilə bütün əlaqəsini kəsib. 

Xatırladaq ki, P.Pikasso 1973-cü ildə Fransada dünyasını dəyişib.




Baxış sayı: 167



OXŞAR XƏBƏRLƏR