QALA NEWS

29 May Çərşənbə

Bakı 20˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Jun 2023, 12:33
“İşgəncələr məbədi - Şuşa həbsxanası” filminin təqdimatı olub
Nizami Kino Mərkəzində Mübariz Əsgərovun müəllifi olduğu “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filminin təqdimatı və ictimai müzakirəsi keçirilib.

Qalanews xəbər verir ki, təqdimat mərasimində QHT nümayəndələri, mədəni-ictimai şəxslər və media mənsubları iştirak edib.

Filmin müəllifi Mübariz Əsgərov jurnalistlərə açıqlamasında bildirib ki, çəkilişlər həm Şuşa, həm də Qobustan həbsxanasında aparılıb. Qobustan həbsxanasında hazırda məhkum olan erməni həbsxana nəzarətçiləri də sənədli filmdə danışdırılıb.

Filmin xronometrajı 36 dəqiqə təşkil edir.

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Aygün Əliyeva filmin əhəmiyyətini diqqətə çatdırıb: "Bir neçə gün öncə Şuşa həbsxanasının yaxınlığında tapılan kütləvi məzarlıq filmdəki həqiqətləri bir daha sübut etmiş olur. Film olduqca əhəmiyyətlidir".

Qonaqlar filmə baxdıqdan sonra ümumi müzakirə aparılıb.



Baxış sayı: 153



OXŞAR XƏBƏRLƏR