QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Mar 2023, 16:24
Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı Protokol imzalanıb
Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı hazırkı prosesə aydınlıq gətirilib.

Mədəniyyət Nazirliyindən  Qalanews-un  sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin hazırlanması ilə bağlı cari ildə Protokol imzalanıb.

“Sənəd imzalandıqdan sonra texniki tapşırıq hazırlanmağa başlanılıb. Heykəlin hazırlanması və prosesin yaradıcı əməklə bağlı olduğunu nəzərə alaraq layihənin nə vaxt tamamlanacağı barədə konkret məlumat texniki tapşırıq formalaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq”, - cavabda qeyd edilir.

Xatırladaq ki, abidə ilə bağlı müsabiqə bu ilin fevralında başa çatıb və qaliblər elan olunub. Nəticəyə əsasən, 1-ci yerin qalibi Natiq Əliyev, 2-ci yerin qalibi Xanlar Əhmədov, 3-cü yerin qalibi isə Kamran Əsədov seçilib.



Baxış sayı: 171



OXŞAR XƏBƏRLƏR