QALA NEWS

13 June Saturday

Baku 23˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 Jun 2026, 20:31
Tramp İranla bağlı razılaşmaları region liderləri ilə müzakirə edib

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin dayandırılmasına dair əldə olunan razılaşmaları bir sıra ölkələrin liderləri ilə müzakirə etdiyini bildirib.

QalaNews xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp İsrail, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt liderləri ilə danışdığını, yaxın vaxtlarda isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayacağını deyib.

ABŞ prezidenti Pakistanın vasitəçilik səylərini də yüksək qiymətləndirərək, əldə olunan razılaşmaların Yaxın Şərq ölkələri tərəfindən müsbət qarşılandığını vurğulayıb.

Tramp əlavə edib ki, İranla razılaşmalar imzalandıqdan sonra Hörmüz boğazı yenidən açılacaq.




Seen count: 93



RELATED NEWS