QALA NEWS

13 June Saturday

Baku 23˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Jun 2026, 22:29
Bakıda baş verən insident iştirakçılarından yeddi nəfər saxlanılıb.

Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində insident baş verdiyinə dair bağlı polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.

Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.

Polisin keçirdiyi əməliyyat nəticəsində baş verən insident iştirakçılarından yeddi nəfər saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Zığ qəsəbəsində kütləvi dava baş verdiyinə dair görüntülər yayılıb.

Bakıda baş verən insident iştirakçılarından yeddi nəfər saxlanılıb.




Seen count: 99



RELATED NEWS