QALA NEWS

01 June Monday

Baku 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 May 2026, 20:39
Heqset: ABŞ Ukraynanın müdafiə olunması üçün yol tapacaq

ABŞ Ukraynanın ərazisini bu və ya digər şəkildə müdafiə etməsinə kömək edəcək.

QalaNews.com - bu barədə Pentaqon rəhbəri Pit Heqset Sinqapura səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

Biz onların (Ukraynanın - red.) özlərini müdafiə edə bilməsini istəyirik və biz onlara bunu etməyə kömək etmək üçün bir yol tapacağıq, - o deyib.

P.Heqset yeni tədarüklərlə bağlı heç bir vəd verməyib, lakin ABŞ-nin mümkün olduqda Kiyevə kömək etdiyini və həmçinin Avropa müttəfiqlərinin Ukraynanı dəstəkləməkdə əhəmiyyətli töhfəsini qeyd edib.

Biz bütün növ vacib döyüş sursatların istehsalına yanaşmamızı dəyişirik ki, şirkətlərimiz sadəcə bir az daha çox yox, əhəmiyyətli dərəcədə daha çox təchiz etsinlər, - P.Heqset əlavə edib.

Xatırladaq ki, daha əvvəl Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Ukrayna Silahlı Qüvvələri üçün hava hücumundan müdafiə sistemləri və raket çatışmazlığı ilə bağlı məktub yazıb.




Seen count: 92



RELATED NEWS