Dünya Qadın Seriyası: Azərbaycan millisi və “Neftçi” komandası mübarizəyə başlayır
3x3 basketbol üzrə Azərbaycan millisi və “Neftçi” klubu Dünya Qadın Seriyasının Kosovanın paytaxtı Priştinadakı mərhələsində bu gün mübarizəyə başlayır.
Qalanews xəbər verir ki, yığma B qrupunda ilk matçını ABŞ seçməsinə qarşı keçirəcək.
Komanda daha sonra Macarıstanın “Qyor” kollektivi ilə üz-üzə gələcək.
“Neftçi” isə D qrupunda ilk olaraq Niderland millisi ilə görüşək. “Ağ-qaralar” ikinci oyununu meydan sahiblərinə qarşı keçirəcəklər.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutanlar 1/4 finala vəsiqə qazanacaqlar. “Neftçi” daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.