QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Jun 2022, 14:08
Mədəniyyət naziri: "Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmin çəkilişinə başlanılıb"

"İşğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsin yenidən bərqərar olunmasında dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilir".

Qalanews xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışında söyləyib.

Nazir bu prosesə qardaş Türkiyənin də dəstək göstərdiyini diqqətə çatdırıb. A.Kərimov qeyd edib ki, Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi də türk xalqlarının qədim şəhərimizə verdiyi dəyərin ifadəsidir.

Kino sahəsində də Azərbaycanla Türkiyənin fəal əməkdaşlığa başladığını deyən nazir söyləyib ki, Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmin çəkilişinə başlanılıb. Həmin filmin bu ilin sonuna tamamlanması nəzərdə tutulur.

Digər tədbirlər haqqında da məlumat verən A.Kərimov iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini əminliklə ifadə edib.




Baxış sayı: 322



OXŞAR XƏBƏRLƏR