QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 May 2022, 23:57
Goranboyda eradan əvvəl IX-VIII əsrlərə aid insan skeletləri və əşyalar aşkarlanıb

Goranboyda aparılan arxeloji qazıntılar zamanı müxtəlif rəngli muncuqlar, saxsı qablar, fərqli formalı insan skeletləri tapılıb.

Eradan əvvəl IX-VIII əsrlərə, təxminən 2900-2800-il əvvələ təsadüf edən nekropol rayonun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpədə aşkarlanıb.

AMEA-nın Naftalan-Goranboy arxeloji ekspedisiyasının qazıntılar apardığı ərazi 1 ha-dan artıqdır. Son tunc və erkən dəmir dövrünə aid olan nekropolda bu günə qədər 19 qəbirdə arxeoloji qazıntı işləri aparılıb. Düzbucaqlı və oval formalarda hazırlanmış qəbirlərdə skeletlər sağ və sol yanı üstə, bükülü və yarımbükülü vəziyyətdə dəfn edilib. Burada qəbirlərin sıx olması daha çox diqqət çəkir.

AMEA-nın Naftalan-Goranboy arxeloji ekspedisiyasının rəisi Müzəffər Hüseynov bildirib ki, Tatarlı kəndi ərazisində yerləşən nekrapol Xocalı-Gədəbəy mədəniyyətinin son dövrü, erkən dəmir dövrünə aiddir. Antropoloqlar bu nekropolun digərlərindən fərqləndiyini, qəbirlərin standart olmadığını bildirirlər.

Qeyd edək ki, Goranboy rayonu ərazisində yerləşən Muncuqlutəpə nekropolunda qazıntı işləri davam etdirilir. Oradan aşkar edilən maddi-mədəniyyət nümünələri laborator şəritdə tədqiq olunacaq və müəyyən nümünələr xarici ölkələrə göndəriləcək.




Baxış sayı: 311



OXŞAR XƏBƏRLƏR