QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 16 May 2022, 13:44
Məşhur klinikada insident baş verdi - İki zabit mühafizəçini döydü


Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən özəl xəstəxanada insident baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Badamdar qəsəbəsində yerləşən “Caspian International Hospital”da qeydə alınıb. Hospitalın mühafizəçisi, 1997-ci il təvəllüdlü Əbülfəz Əliyev mayın 13-də gecə saat 01 radələrində döyülüb.

Belə ki, hospitala gələn Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları – kapitan Arif Əlizadə və baş leytenant Azər Əsgərov xuliqanlıq zəminində mühafizəçini döyərək ona xəsarətlər yetiriblər.

Hadisə ilə bağlı polisə müraciət edilib. Penitensiar Xidmətin zabitlərinin izahatları alınıb və daha sonra onlar sərbəst buraxılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Baxış sayı: 590



OXŞAR XƏBƏRLƏR