QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Jan 2022, 13:17
Azərbaycanda iki uşaq anası faciəvi şəkildə öldü

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Qalanews APA-ya istinadən bildirir ki, rayonun Padar kənd sakini, 1993-cü il təvəllüdlü Əhmədzadə Elnaz Əliheydər qızı kustar üsulla quraşdırılan su qızdırıcısının hamam otağına buraxdığı dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İki uşaq anası Elnaz Əhmədzadə huşsuz vəziyyətdə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə aparılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.




Baxış sayı: 1289



OXŞAR XƏBƏRLƏR