QALA NEWS

13 İyun Şənbə

Bakı 23˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 Jun 2026, 00:33
Perez yeni transfer üçün 70 milyon ödəməyə hazırdır

"Real Madrid" prezidenti Florentino Perez komandanın yeni təyin olunmuş baş məşqçisi Joze Mourinyonun transfer istəyini yerinə yetirməyə yaşıl işıq yandırıb.

Klub rəhbəri portuqaliyalı mütəxəssisin "Mançester Siti" və Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiolun transfer edilməsi ilə bağlı tələbini bəyənib.

Qeyd olunur ki, "kral klubu" 24 yaşlı futbolçunun keçidini artıq bu yay transfer pəncərəsi zamanı reallaşdırmağa çalışacaq.

Məlumat üçün bildirək ki, gənc mərkəz müdafiəçisi 2023-cü ilin avqust ayından etibarən "şəhərlilər"in şərəfini qoruyur. Qvardiolun ingilis klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulub. Hazırda xorvat futbolçunun transfer bazarındakı qiyməti təxminən 70 milyon avro dəyərində qiymətləndirilir.




Baxış sayı: 91



OXŞAR XƏBƏRLƏR