QALA NEWS

13 İyun Şənbə

Bakı 23˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 07 Jun 2026, 00:45
Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində çoxmərtəbəli yaşayış binasında vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

QalaNews xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın onikimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində paltar asdığı zaman yıxılaraq beşinci mərtəbənin eyvanında dəmir barmaqlıqlardan asılı vəziyyətdə qaldığı və hər an yıxılmaq təhlükəsində olduğu müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək eyvanın dəmir barmaqlıqlarını kəsərək 1999-cu il təvəllüdlü L.Məmmədovanı xilas ediblər.




Baxış sayı: 93



OXŞAR XƏBƏRLƏR