QALA NEWS

06 Aprel Bazar ertəsi

Bakı 11˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 08 Jul 2023, 12:44
Mahir Əzimova hökm oxundu
Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qalanews” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən M. Əzimovun əməli Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsinə tövsif olunub, dörd il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror ona yeddi il həbs cəzası istəmişdi.

Qeyd edək ki, bir ay əvvəl M. Əzimovun 14 yaşlı oğlu Məhəmməd dənizdə boğulmuşdu. O, oğlunun dəfnində iştirak etmək üçün üç günlük azadlığa buraxılmışdı.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü.



Baxış sayı: 401



OXŞAR XƏBƏRLƏR