QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Jun 2023, 12:19
Bəxtiyar Hacıyevin və atasının evində axtarış aparıldı
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, həmçinin Gəncədə yaxınlarının mənzilində axtarış aparılıb.

“Qalanews” xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, axtarışlar B.Hacıyevin Gəncə şəhərində olan atasının, qardaşının, onun dostlarının evində və avtomobilində də aparılıb: “Hazırda axtarış götürmə istintaq hərəkətləri aparılır, hətta telefonları da əllərindən alınıb”.

Vəkil axtarışların məqsədinin B.Hacıyevə yeni ittihamların irəli sürülməsi ehtimalı ilə əlaqələndirib. 

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir və saxlanılan yoxdur.




Baxış sayı: 157



OXŞAR XƏBƏRLƏR