QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Mar 2023, 20:54
“Bakı Metropoliteni”: Bugünkü insident zamanı azyaşlı sərnişin xəsarət almayıb
"Sosial şəbəkələrdə Bakı metropoliteninin "Nərimanov" stansiyası ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bildiririk ki, stansiyada qatarın qapısı bağlanarkən, bir uşağın əlinin vaqon qapısı arasında qaldığından valideyn anidən həyəcanlanaraq, təşviş içində köməyə çağırıb".

Bu barədə Qalanews.com- a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib.

“Dərhal metropoliten əməkdaşları və polis işçiləri sərnişinə kömək göstərib. Hadisə nəticəsində azyaşlı sərnişinin xəsarət almadığı müəyyən olunub.

Valideyn hər hansısa digər köməkdən və təcili tibbi yardım xidmətinin dəvət olunmasından imtina edərək, yoluna davam edib. Valideynin təşviş içində olması digər sərnişinlərə də sirayət edib. Dərhal ciddi problemin və təşvişə əsasların olmaması sərnişinlərin diqqətinə çatdırılıb.

Bildiririk ki, hadisə nəticəsində sərnişinlərin hərəkət təhlükəsizliyi, o cümlədən qatarların hərəkət qrafiki ilə bağlı ciddi problem yaranmayıb.

Bir daha xatırladırıq ki, metropolitendən istifadə edərkən, ələlxüsus qatara minib-düşərkən azyaşlı sərnişinlərin diqqətdə saxlanması, onlara nəzarət olunması unudulmamalıdır”, - QSC-dən əlavə olunub.




Baxış sayı: 147



OXŞAR XƏBƏRLƏR