QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Mar 2023, 10:58
Nyu-York teatrı Netrebkoya 200 min $ təzminat ödəyəcək
Nyu-York teatrı Netrebkoya 200 min $ təzminat ödəyəcək
Nyu-Yorkun “Metropoliten-opera” teatrı Rusiyanın Xalq artisti Anna Netrebkoya ləğv edilən çıxışlarına görə 200 min dollar məbləğində təzminat ödəməli olacaq.

Qalanews.com  “The New York Times” qəzetinə istinadən xəbər verir ki, müvafiq qərarı arbitraj hakimi çıxarıb.

Nəşr bildirir ki, qərar müğənninin teatrla müqaviləsindən irəli gəlir ki, bu da tamaşanın ləğvi halında da sənətçiyə qonorarın ödənilməsini təmin edir.

“The New York Times” yazır ki, Netrebko 2023-cü il üçün planlaşdırılan çıxışlarının ləğv olunması səbəbindən əvvəlcə 400 min dollar təzminat tələb edirdi. Hakim müğənninin bu tələbini təmin etməyib və qərarını bu çıxışlarla bağlı müqavilənin imzalanmaması ilə əsaslandırıb. Bundan əlavə, opera ifaçısı Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına başladıqdan sonra “son dərəcə yersiz” ifadələrinə görə təxminən 30 min dollar cərimə ödəməli olacaq.  

Teatrın baş direktoru Piter Gelbin sözlərinə görə, “Metropoliten-opera” rəhbərliyi müqavilənin şərtlərinə baxmayaraq, “Putinlə sıx əlaqələrini nəzərə alaraq, Netrebkoya nəsə ödəməyi mənəvi cəhətdən səhv hesab edir”.

“The New York Times” qeyd edir ki, cümə günü “Metropoliten-opera” Netrebkonun həyat yoldaşı – azərbaycanlı opera ifaçısı, Xalq artisti Yusif Eyvazovla da əməkdaşlığı dayandırıb. 



Baxış sayı: 165



OXŞAR XƏBƏRLƏR