QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Mar 2023, 19:46
ASCO Xəzərin dibindən tapılmış eksponatları sərgiyə çıxarıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzər dənizinin dibindən tapılmış 200-dən çox artefaktın sərgilənməsinə başlayıb.

Qalanews.com xəbər verir ki, “Xəzərin irsi” adlanan sərgi “Suraxanı” gəmi-muzeyində keçirilir.

“Heydər Əliyev İli” və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasının 165 illik yubileyi çərçivəsində təşkil olunan sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından seçmə eksponatlar – Xəzərin Azərbaycan sektorunun dibindən aşkarlanmış artefaktlar, tarixi əşyalar nümayiş edilir.

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin sərvətinin bir hissəsini təşkil edən bu sualtı arxeoloji eksponatlar indiyədək muzey divarlarından kənarda nümayiş olunmayıb. Eksponatlar muzeyi ilk dəfədir ki, tərk edirlər.

“Xəzərin irsi” sərgisində təkcə Xəzərin dibindən tapılmış qədim eksponatlar deyil, Azərbaycan arxeologiyasının fəxri – sualtı arxeoloji qrupun fəaliyyətini əks etdirən dalğıc avadanlığı və ləvazimatları da nümayiş olunur.

Sərgidə ziyarətçilər Azərbaycanın su altında qalmış şəhərləri, batmış orta əsr gəmiləri, ölkəmizin zəngin mədəniyyəti və çoxşaxəli ticarət əlaqələri haqqında məlumat əldə etmiş olacaqlar.

Sərgi çərçivəsində “Suraxanı” gəmi-muzeyinin “Bələdçi kitabı”nın təqdimatı da keçirilib.

Qeyd edək ki, bu sərgi Milli Azərbaycan Tarixi Muzeyi və ASCO-nun “Suraxanı” gəmi-muzeyi arasında əməkdaşlıq haqqında imzalanmış Memorandum çərçivəsində təşkil olunub.

Memoranduma uyğun olaraq “Suraxanı” gəmi-muzeyində 200-dən çox artefaktın sərgilənməsinə xüsusi şərait yaradılıb, eksponatların nümayişi üçün havalandırma, işıqlandırma və təhlükəsizlik sistemləri ilə təchiz edilmiş yerlər seçilib. Artefaktların tarixini, əhəmiyyətini muzey ziyarətçilərinə çatdırmaq, həmçinin tapıntı yerlərini göstərmək, sualtı arxeoloji tədqiqatlarını işıqlandırmaq məqsədilə sərgidə interaktiv və multimedia avadanlığı qurulub, müvafiq proqramlar yaradılıb.



Baxış sayı: 152



OXŞAR XƏBƏRLƏR