QALA NEWS

31 Yanvar Çərşənbə axşamı

Bakı 6˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Dec 2022, 17:10
Bakıda sürücü ilə dalaşan “parkovşik” həbs edildi

Bakıda yol kənarında avtomobillərin parklanmasına nəzarət edən şəxslə sürücü arasında insident olub.

“Qalanews” xəbər verir ki, hadisə Nəsimi rayonunda Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində baş verib. Sürücü ilə “parkovşik”in mübahisəsindən sonra avtomobil sahibi 102-yə müraciət edərək polis çağırıb. Parklanmaya nəzarət edən şəxs saxlanılaraq Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə aparılıb. Burada onun Qazax rayon sakini, 1972-ci il təvəllüdlü Z.S. olması müəyyən edilib. “Parkovşik”in barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.

Məhkəmədə 50 yaşlı Z.S bildirib ki, insident sürücünün ona məxsus olan və parklanma zamanı istifadə etdiyi aləti götürüb atması səbəbindən baş verib: “Daimi yaşayış yerim yoxdur. Nəsimi rayonu, Qoqol küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində avtomaşınları park etməyə kömək edərək qazandığım az miqdarda pulla günlük xərclərimi qarşılayıram. Hadisə baş verərkən avtomobillərin park edilməsi üçün istifadə etdiyi dəmir alətin bir nəfər şəxsə məxsus avtomobilin sürücüsü tərəfindən kənara aparıldığını gördüm və bu barədə öz irad bildirdim. Bundan sonra həmin şəxslə aramızda mübahisə yarandı, lakin həmin şəxsi təhqir etməmişəm. Daha sonra həmin şəxs DİN-nin 102 xidmətinə müraciət etdi, polis əməkdaşları gəldi. Polis əməkdaşları məni şöbəyə dəvət etdikdə heç bir təhqir və etiraza yol vermədən onlarla birgə getmişəm”.

Nəsimi Rayon məhkəməsinin qərarı ilə Z.S-ə 10 sutka inzibati həbs cəzası verilib.




Baxış sayı: 171



OXŞAR XƏBƏRLƏR

HADİSƏ
31 Jan 2023

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

HADİSƏ
31 Jan 2023

Keçmiş məhkum “Makarov”la tutuldu - Video

HADİSƏ
31 Jan 2023

Göyçayda 70 yaşlı qadın intihar edib

HADİSƏ
31 Jan 2023

Hacıqabulda yeni doğulan körpə ölüb

HADİSƏ
31 Jan 2023

Polis Biləcəridə heyvana şiddət göstərilməsi ilə bağlı görüntüləri araşdırır

HADİSƏ
31 Jan 2023

SalamNews informasiya agentliyi və “İnteraz”da əməliyyat keçirilib, saxlanılanlar var

HADİSƏ
31 Jan 2023

Ağstafada bələdiyyə əmlakının mənimsənilməsinə görə cinayət işi başlanıb

HADİSƏ
31 Jan 2023

Polis şöbəsində əşyaları sındıran şəxs həbs edildi

HADİSƏ
31 Jan 2023

DTX: İrandakı səfirliyimizdə törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam edir

HADİSƏ
31 Jan 2023

Bakıda silahlı şəxs tutulub

HADİSƏ
31 Jan 2023

Mağazadan çörək aldı, içindən görün nə çıxdı

HADİSƏ
31 Jan 2023

FHN tərəfindən ötən il 59 partlamamış silah-sursat tapılıb