QALA NEWS

04 May Bazar ertəsi

Bakı 11˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 04 Nov 2022, 16:05
ADA-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ADA Universitetində 8 noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib, "Şuşanın dağları başı dumanlı" adlı bədii-sənədli film nümayiş etdirilib.

Qalanews xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müsəllim Həsənovun ssenari müəllifi olduğu filmi ingilis dilində "BBC" televiziyasının məşhur aparıcılarından olan Devid Seys səsləndirib. Tədbir ADA Universiteti tələbələrinin ifasındakı ədəbi bədii kompozisiyalarla davam edib.

Qeyd edək ki, noyabrın 4-ü ADA Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş sərgi də keçirilib. Sərgi Azərbaycan Respublikasının Rəssamlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.



Baxış sayı: 233



OXŞAR XƏBƏRLƏR