QALA NEWS

09 May Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Aug 2022, 15:40
"Viktoriya"nın qapıçısı: "Qarabağ" inanılmaz dərəcədə keyfiyyətli komandadır"

"Qarabağ" inanılmaz dərəcədə yüksək keyfiyyətli komandadır".

Bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının qapıçısı Yindrjix Stanek Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.

26 yaşlı qolkiper doğma meydanda qələbə qazanacaqlarına inandığını bildirib: "Bakıda çox işim olacağını gözləyirdim. Artıq rəqibin tempinə öyrəşdim. Cavab görüşünü öz meydanımızda keçirəcəyik. Evdə oynamaq həmişə daha yaxşıdır. Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyimizə inanıram".

Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Baxış sayı: 465



OXŞAR XƏBƏRLƏR