"Bu oyuna Çempionlar Liqasının finalı kimi hazırlaşacağıq".
"Qalanews"un məlumatına görə, bunu Serbiyanın "Srvena Zvezda" komandasının futbolçusu Straxinya Erakoviç Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan "Match TV" turnirində "Neftçi"yə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
22 yaşlı serbiyalı müdafiəçi bütün rəqiblərə ciddi yanaşdıqlarını bildirib: "İlk matçımız "Zenit"ə qarşı oldu. Şadıq ki, turnirə güclü komanda üzərində qələbə ilə başlaya bildik. Qarşıda daha iki oyun var".
Qeyd edək ki, bu gün keçiriləcək "Neftçi" - "Srvena Zvezda" oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.