QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Aug 2022, 17:00
Ceyhun Bayramov postmünaqişə dövründəki vəziyyətlə bağlı əlcəzairli həmkarını məlumatlandırıb

“Regiondakı son durum, postmünaqişə dövründə Azərbaycanın gördüyü işlər barədə həmkarımı məlumatlandırdım".

Qalanews xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.

“Yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin Qarabağa qayıtması barədə həmkarımı məlumatlandırdım. Ötən ay ilk məcburi köçkünlərimizin işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə qayıtması baş tutdu. Hesab edirəm ki, bu, böyük qayıdışın başlanğıcıdır”, - o bildirib.

Eyni zamanda Ceyhun Bayramov əlcəzairli həmkarını Azərbaycanla Ermənistan arasında davam edən proseslər, o cümlədən Ermənistanın tərəfinin qeyri-konstruktiv siyasəti barədə məlumatlandırıb.

XİN başçısı həmçinin ərazidə baş tutan minatəmizləmə işlərindən də danışıb.




Baxış sayı: 289



OXŞAR XƏBƏRLƏR