Namaz vaxtları
Kateqoriyalar
Hindistanda stəkanlar da daxil olmaqla birdəfəlik plastik məhsulların 19 kateqoriyası qadağan edilib.
Bu tədbir hökumətin plastikdən imtina planında ilk addımdır. Siyahıya daxil edilmiş əşyaların istehsalına, idxalına, saxlanmasına və paylanmasına icazə verilmir.
Qalanews oxu.az-a istinadən bildirir ki, plastik məmulat istehsalçıları yüksək inflyasiya şəraitində iş yerlərinin itirilməsinin qarşısını almaq üçün səlahiyyətlilərdən qadağanı təxirə salmağı xahiş etsələr də, hökumət bundan imtina edib.
Rəsmi məlumatlara görə, 2020-ci ildə ölkədə 4,1 milyon ton plastik tullantı istehsal edilib.
-
Çad Sudanla sərhədi bağlayıb
Yazar Qalanews 21:03 -
Bu ölkədə avtomobilləri yumamaq xahiş edildi
Yazar Qalanews 22:13