QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Aug 2023, 16:46
Polşa səfiri Ukrayna XİN-ə çağırılıb
Polşanın Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

QalaNews.com-a xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko məlumat verib.

Bu addımın atılmasına səbəb kimi, Polşa Prezidentinin beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaçın səsləndirdiyi fikirlər göstərilib. Belə ki, Pşidaçın sözlərinə görə, Ukrayna Polşadan xeyli sayda yardım alıb və yaxşı olardı ki, son dövrdə ölkəsinin Ukrayna üçün oynadığı rol Kiyev tərəfindən qiymətləndirilsin. O həmçinin Ukraynanı nankorluqda ittiham edib.

Ukrayna XİN isə öz növbəsində səfirə bildirib ki, ukraynalıların Polşaya qarşı guya nankorluq etmələri barədə bəyanatlar həqiqətə uyğun deyil və qəbuledilməzdir.

Polşa səfirinin diqqətinə o da çatdırılıb ki, Ukrayna-Polşa dostluğunun dərin kökləri var və heç bir bəyanat Kiyevlə Varşavanın Avropada birlikdə gələcək qurmasına mane olmayacaq.



Baxış sayı: 339



OXŞAR XƏBƏRLƏR