QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Jun 2022, 11:03
Paulo Koelyo Hemiltondan üzr istədi

Məşhur yazıçı Paulo Koelyo Nelson Pikenin sözlərinə görə bütün braziliyalılar adından Lüis Hemiltondan üzr istəyib.

Qalanews oxu.az-a istinadən xəbər verir ki, üçqat Formula 1 çempionu Pike 2021-ci il Britaniya Qran Prisində Hamiltonun "Red Bull" pilotu Maks Ferstappenlə toqquşmasını müzakirə edərkən "Mercedes" sürücüsünü "zənci" adlandırıb.

"Hörmətli Lüis Hemilton.

Pike hazırda tariximizin ən pis prezidentinin sürücüsüdür. Onun irqçi ifadəsi yenidən diqqət mərkəzində olmaq arzusunu göstərir.

Sizə hörmət edən və sevən Braziliya xalqı adından üzr istəyirəm", - Koelyo "Twitter" hesabında yazıb.

Qeyd edək ki, Pike Braziliya prezidenti, sağçı mühafizəkar Jair Bolsonaronu "Rolls-Royce" avtomobilində gəzdirib. O, həm də Ferstappenin sevgilisinin atasıdır.

Hemilton isə yeddi qat Formula-1 çempionu olmaqla yanaşı, həm də Braziliyanın fəxri vətəndaşıdır.




Baxış sayı: 229



OXŞAR XƏBƏRLƏR