QALA NEWS

08 May Çərşənbə

Bakı 13˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 Jun 2022, 16:32
Həkimin özünü 11-ci mərtəbədən atmasının şahidi: "Pəncərədə siqaret çəkirdim, gördüm ki..."

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur. Məlumata görə ginekoloq özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb. 
 

Qalanews xəbər verir ki, Bizim.Media hadisənin təfərrüatları ilə bağlı araşdırma aparıb. Məlum olub ki, Xalidə Kəngərli Kəpəz Hospitalı fəaliyyətə başlayandan orada çalışırdı.

 

Həkim yoldaşlarının saytımıza verdiyi məlumata görə Xalidə Kəngərli çox pozitiv, həyat dolu və pasiyentləri ilə mehriban münasibətdə olan həkim kimi tanınıb. İki azyaşlı övladı var. Ginekoloqu tanıyanlar onun intihar etdiyinə heç cür inana bilmədiklərini dilə gətiriblər. 
 

Hadisə şahidi Əli Sərdaroğlu açıqlamasında olayı öz gözləri ilə gördüyünü bildirib:
 

“Mən həkimin yaşadığı binanın yanında işləyirəm. Pəncərədə siqaret çəkirdim. Kölgə kimi yerə düşən bir şey gördüm. İntihar idi, yoxsa nəydi bilmirəm. Amma ətrafda hamısı deyir ki, yoldaşı ilə aralarında mübahisə etdiyi üçün intihar edib”.
 

Qeyd edək ki, rəsmi açıqlamalarda tanınmış həkimin ölüm səbəbi açıqlanmayıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.



sferaaz




Baxış sayı: 11320



OXŞAR XƏBƏRLƏR