QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 Jul 2023, 17:45
Kürdəmir sakinlərinin avtomobilindən narkotik götürülüb
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən tədbir nəticəsində marixuana və tiryək aşkar edilərək götürülüb.

Bu barədə "Qalanews"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl RPŞ-nin əməkdaşlarının Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 11 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbiri ilə Kürdəmir rayon sakinləri, əvvəllər məhkum edilmişlər Səbuhi Şəmiyev və Ramil Məmmədovun idarələrində olan avtomobil saxlanılıb.

Onlar narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən avtomobillə birlikdə şöbəyə gətiriliblər. Avtomobildə aparılan müvafiq axtarış zamanı onlara məxsus 5 kiloqram 120 qram marixuana və 3 kiloqram 125 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.




Baxış sayı: 271



OXŞAR XƏBƏRLƏR