QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2022, 22:36
"Qarabağ"ın kapitanı: "Karyeramın ən maraqlı finalı oldu"

"Azərbaycan Kubokunda 5 dəfə final oynamışam. Ən maraqlısı bu oldu. Çünki qalib penaltilər seriyasında müəyyənləşdi".

Bunu "Qarabağ"ın kapitanı Maksim Medvedev Qəbələdə "Zirə"yə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.

33 yaşlı müdafiəçi bildirib ki, məhz onun kobud səhvindən sonra qapılarında qol görüblər: "Bundan sonra ancaq hesabı bərabərləşdirmək haqqında düşünürdüm. Amma komanda yoldaşlarım çox rahat idi".

Azərbaycan millisinin üzvü rəqibin çox yaxşı mübarizə apardığını vurğulayıb: "Bizə fərqlənmək üçün çox az imkan verdilər. Belə bir finaldan sonra hiss etdim ki, bu gün daha çox sevinirəm. Burada azarkeşlərin yaratdığı ab-hava da önəmli oldu".

Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan titula sahib çıxıb.




Baxış sayı: 285



OXŞAR XƏBƏRLƏR