QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 19 May 2022, 22:13
Mirça Luçesku "Fənərbağça"dan təklif aldığını açıqlayıb

Ukraynanın "Dinamo" (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku Türkiyənin "Fənərbağça" klubundan təklif alıb.

Qalanews xəbər verir ki, 77 yaşlı mütəxəssis bu barədə "Gazeta Sporturilor" nəşrinə açıqlamasında bildirib.

Luçesku İstanbul təmsilçisindən çox ciddi təklif aldığını vurğulayıb: "Dinamo" ilə 2024-cü ilədək müqaviləm var. Onları bu xaosun içində buraxıb gedə bilmərəm. "Fənərbağça" da daxil olmaqla çox ciddi təkliflər almışam, ancaq burada qalmağa qərar verdim. Çünki hər hansı təklifə görə "Dinamo"dan getməyim qorxaqlıq olardı. Dünyadakı heç bir şey mənə bunu məcbur etdirə bilməz".

Qeyd edək ki, Mirça Luçesku 2001/2022 mövsümündə "Qalatasaray"la, 2002/2003 mövsümündə "Beşiktaş"la Türkiyə Super Liqasının qalibi olub. Mövsümün sonunda portuqaliyalı Jorji Jezuşun "Fənarbağça"da baş məşqçi təyin olunacağı gözlənilir.




Baxış sayı: 279



OXŞAR XƏBƏRLƏR