QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 May 2022, 20:02
Sabah Bakının Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan mayın 15-i saat 20:00-a qədər Bakının Nizami rayonunun Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Qalanews xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Agentlik sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.




Baxış sayı: 302



OXŞAR XƏBƏRLƏR