Hazırda Yevlaxda Bakı nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlığı nümayəndələri arasında görüşün təşkil edilməsi üzərində iş aparılır.
QalaNews.com - “Qafqazinfo”-a istinadən xəbər verir ki, görüşün təşəbbüskarı hər hansı üçüncü ölkə deyil və bu, Bakının dialoq barədə təklifinin məntiqinə əsaslanır.
Məlumata görə, Qarabağ ermənilərinin bəzi nümayəndələri sözügedən görüşə mane olmağa çalışırlar.