QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 May 2022, 13:17
Azərbaycanda qadının əməlləri hər kəsi heyrətləndirdi - Özünü iynələdi, saçını kəsib polisə zəng etdi və...

Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd edilib ki, rayon sakini Ş.H. adlı qadın polisə müraciət edərək yaşadığı evə 2 nəfər maskalı şəxsin daxil olaraq onu hədələdiyini, zor tətbiq edərək qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirdiyini bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qadının polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş vermədiyi müəyyən edilib.

Araşdırmalarla Ş.H.-nın ailə üzvləri ilə yaşadığı münaqişə zəminində qayçı ilə öz saçını kəsdiyi, iynə ilə üz nahiyəsinə xəsarətlər yetiridiyi və zorakılığa məruz qalması ilə bağlı polisə bilərəkdən yalan məlumat verdiyi məlum olub.

Qeyd olunanlar barədə bilərəkdən yalan məlumat verdiyini həmin şəxs özü də etiraf edib.

Hazırda faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.




Baxış sayı: 533



OXŞAR XƏBƏRLƏR