QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Jan 2022, 17:12
Dünyada koronavirusa yoluxanların sayı 355 milyona yaxınlaşır

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 354 788 076 nəfərə çatıb.

Qalanews xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 604 501 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 71 709 180 nəfərə çatıb, 868 512 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 39 578 547 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 489 937 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 24 142 032 nəfər virusa yoluxub, onlardan 623 636 nəfəri ölüb.




Baxış sayı: 272



OXŞAR XƏBƏRLƏR