QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 20 Jun 2023, 17:22
Son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Qalanews”a verilən məlumata görə, son sutkada infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 1 nəfər sağalıb, 1 nəfər isə dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 831 902 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 600 nəfər müalicə olunaraq sağalıb, hazırda 20 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 131, bu günə qədər isə ümumilikdə 7 638 486 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 76 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 471 olub.



Baxış sayı: 154



OXŞAR XƏBƏRLƏR