QALA NEWS

26 Aprel Cümə

Bakı 16˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Jan 2022, 16:51
"Mançester Yunayted"də baş məşqçi postuna iki əsas namizəd bəlli olub

İngiltərənin "Mançester Yunayted" klubunda baş məşqçi postuna iki əsas namizədin adları bəlli olub.

Qalanews "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, bunlar hazırda Fransa PSJ-sinə rəhbərlik edən Maurisio Poçettino və Niderlandın "Ayaks" komandasının sükanı arxasında olan Erik ten Haqdır.

"Qırmızı şeytanlar" Ralf Ranqnikin yerinə baş məşqçi axtarır. Rəhbərlik almaniyalı mütəxəssisin nəticələrindən narazı qalıb.

Qeyd edək ki, "Mançester Yunayted" noyabrda Ranqniki baş məşqçi təyin edib. Sözləşməyə əsasən, o, mövsümün sonunadək komandaya rəhbərlik edəcək.




Baxış sayı: 276



OXŞAR XƏBƏRLƏR